Keçmiş həyat yoldaşı onun “Neftçi”dən qovulmasını istədi

Keçmiş həyat yoldaşı onun “Neftçi”dən qovulmasını istədi

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın keçmiş həyat yoldaşı Anamariya Prodan klub rəhbərliyinə müraciət edib.

AzerTimes Report-a istinadən xəbər verir ki, sabiq futbol agenti rumıniyalı mütəxəssisin istefaya göndərilməsini istəyib.

Buna Prodanın Buxarestdəki evində 47 yaşlı baş məşqçinin fiziki zorakılığına məruz qalması səbəb olub. İddiaya görə, insident nəticəsində hər iki şəxs xəsarət alb və ilkin tibbi yardıma ehtiyac duyulub. Hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı araşdırmalara başladığı bildirilib. Tərəflər arasında münaqişənin səbəbləri araşdırılır.

Prodan zorakılığı əks etdirən videonu “Neftçi”nin elektron ünvanına göndərək, keçmiş ərinin qovulmasını xahiş edib. Hələlik “ağ-qaralar” məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Laurentsiu Regekampf 2008-2021-ci illərdə Anamariya Prodanla ailəli olub. Onların bir övladı var.

Teqlər: