Keçmiş arvadı və qayınanasını maşınla vurub bıçaqlayan şəxs məcburi müalicəyə göndərildi

Bakıda keçmiş həyat yoldaşını və onun anasını avtomobillə vuran,
daha sonra onları bıçaqlayan 1977-ci il təvəllüdlü Fədail
Atakişiyevin məhkəmə prosesi başa çatıb.

AzerTimes-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində
hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə
təqsirləşdirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F.
Atakişiyev 1 saylı Ruhi Əsəb Dispanserinə məcburi müalicəyə
göndərilib.

İttihama görə, Fədail Atakişiyev Sabunçu rayonu Bakıxanov
qəsəbəsində idarə etdiyi minik avtomobili ilə yol kənarında dayanan
keçmiş həyat yoldaşı, 1989-cu il təvəllüdlü Ramidə Atakişyevanı
qəsdən vurub.

Fədail Atakişiyev daha sonra avtomobildən düşərək əvvəlcə Ramidə
Atakişiyevanı, daha sonra onun anası Narın Ağayevaya bıçaqla bir
neçə xəsarət yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə
cəhd) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri
ilə ittiham irəli sürülüb.

Teqlər: