Keçən il 43 mindən çox şəxsə təkrar əlillik təyinatı aparılıb

2021-ci ildə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilən
göndərişlər əsasında 43,4 min nəfər üzrə təkrar əlillik təyinatı
aparılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,3
dəfə çoxdur.

Trend-in
məlumatına görə ,bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin 2021-ci il üzrə hesabatında qeyd edilib.

Bildirilib ki 2021-ci ildə dövlət tibb müəssisələri tərəfindən
rəsmiləşdirilmiş göndərişlər əsasında 18,5 min nəfər üzrə ilkin
əlillik təyinatı aparılmışdır ki, bu da keçən ilin müvafiq dövrü
ilə müqayisədə 1,3 dəfə çoxdur. Onlardan, I dərəcə ilkin əlillik
müəyyən olunmuş şəxslərin sayı 1,6 min nəfər, II dərəcə ilkin
əlillik müəyyən olunmuş şəxslərin sayı 7,1 min nəfər, III dərəcə
ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı isə 5,3 min nəfər
olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq
olaraq I dərəcə üzrə 15 faiz azdır, II dərəcə üzrə 22 faiz çoxdur,
III dərəcə üzrə isə 43 faiz çoxdur. Eyni zamanda, onlardan 4,5 min
nəfəri ilkin sağlamlıq imkanları məhdud uşaqlardır ki, bu da keçən
ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz çoxdur.

Teqlər: