İsrailin COP29 üzrə milli koordinatoru Karmela Şamir Azərbaycana səfər edib.
AzerTimes xəbər verir ki, bununla bağlı İsrailin Azərbaycandakı səfiri Corc Dik X hesabında yazıb.
“İsrailin COP29-da iştirakı üzrə milli koordinatoru Karmela Şamirin Bakıya səfərini başa çatdırmaqdan şadam! Enerjili görüşlər, uğurlu və yaddaqalan hadisə üçün zəmin hazırlığı. Biz İsrailin COP29-da yaxından iştirakını gözləyirik!”, – diplomat qeyd edib.