Karantini pozan şadlıq evinin sahibi həbs edildi

Xəbər - Samir Əli – Trend:

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında karantin rejiminin tələblərinin pozulduğu toy məclisi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Mustafaağalı kəndində yerləşən “Ay-Ulduz” şadlıq sarayında keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.

Qeyd edilən qayda pozuntusu ilə əlaqədar restoranın sahibi Nəcəf Əzimov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Teqlər: