Karantini pozan restoran dörd min manat cərimələndi

Xəbər - Fərid Zöhrabov -Trend:

Toy zamanı karantin qaydaları pozulduğu üçün restoran cərimələndi.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimlərindən birində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.


Belə ki, aparılan yoxlamalar zamanı “Timur” restoranında təşkil edilən toy mərasimində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı müəyyən olunub. Həmin şadlıq sarayını icarə əsasında işlədən şəxs sarədində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə 4000 manat məbləğində cərimə olunub.

Teqlər: