Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir

Noyabrın 9-da Moskvada Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir.

Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, sənədlərdən biri iki ölkə arasında sərhədlərin delimitasyası və demarkasiyasını nəzərdə tutur. Bu sənədə əsasən, Yerevan və Bakı qarşılıqlı olaraq sərhədləri və ərazi bütövlüyünü tanıyacaq.


Digər sənəd isə regionda kommunikasiyaların açılması, Azərbaycanla Naxçıvanı əlaqələndirən dəhliz də daxil olmaqla yolların açılmasıdır.

Teqlər: