Kapitulyasiya sözü latınca “şərtlər, fəsillər, maddələr”
mənasını verən “kapitula” (lat. capitulare) sözündən götürülmüş və “təslim olmaq” mənası verir.
Trend xəbər verir ki, tarixdə ilk kapitulyasiya müqaviləsi
1453-cü ildə Genuya Respublikası ilə Osmanlı imperiyası arasında
imzalanıb.
Bu termin daha çox hərbi toqquşmalarla bağlı istifadə olunur.
Kapitulyasiya hərbi əməliyyatların müəyyən şərtlərlə dayandırılması
zamanı istifadə olunur. Belə ki, Kapitulyasiya – hərbi
əməliyyatların o mərhələdə dayandırılması deməkdir ki, məğlub tərəf
qalib tərəfin bütün şərtlərini yerinə yetirməyə razı olur.
Siyasi ədəbiyyatda Kapitulyasiya sözü (Kapitulation) – hərbi
əməliyyatlar zamanı məğlub tərəfin silahını təhvil verməsi, qalib
tərəfin şərtlərini qəbul etməsi deməkdir. 1907- ci ildə qəbul
edilən Haaqa konvensiyasi kapitulyasiyadan əvvəlki mərhələdə
başlayan danışıqların mümkün qaydalarını tənzimləyir.
Kapitulyasiya aktı – Müharibə aparan tərəflər arasında
kapitulyasiyadan sonra imzalanan sənəd isə kapitulyasiya aktı
adlanır. Kapitulyasiya aktı müharibə aparan tərəflər arasında
bağlanan müqavilədir və bu müqavilədə qalib tərəfin tələb etdiyi
bütün şərtlər məğlub olan tərəfdən qəbul olunur.