Azərbaycan neftinin qiyməti 99 dollara çatır

Xəbər - Nəzrin İsrafilova – Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti fevralın 11-də 98,75
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,52
dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 97,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 0,51 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
90,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,05
dollar/barel azdır.


Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 97,84 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,41
dollar/barel çoxdur.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: