Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən
müştərilər üçün ənənəvi “Kreditini biz ödəyək” adlı stimullaşdırıcı
lotereya keçirir. Şərtlərə görə 4 aprel – 8 may 2022-ci il
tarixləri arasında onlayn kanallar vasitəsilə kredit götürən
müştərilər avtomatik olaraq lotereyada iştirak edib, qalib ola
bilərlər.
14 aprel tarixində lotereyanın 1-ci tirajı keçirilib və 10
müştəri kreditinin aylıq ödənişini hədiyyə qazanıb. Qaliblərin
siyahısı sayta əlavə olunub – http://www.bit.ly/3Ka30.
Lotereya aksiyası hələ də davam edir. 21 aprel, 28 aprel və 5
may 2022-ci il tarixlərində keçirilən tirajlar zamanı hər həftə
üzrə 10 müştərinin maksimum 500 AZN olmaqla aylıq kredit ödənişi
bank tərəfindən ödəniləcək. 12 may 2022-ci il tarixində keçiriləcək
son tirajda isə ümumilikdə lotereyada iştirak hüququ qazanan, hətta
əvvəlki tirajlarda qalib olan 3 müştərinin maksimum 10 000 AZN
olmaqla bütün kredit məbləği Kapital Bank tərəfindən ödəniləcək.
Lotereyada iştirakınızı yoxlamaq üçün – https://bit.ly/3j5W1.
Qeyd edək ki, əməkhaqqını Kapital Bank və ya digər banklardan
alanlar 30 000 manatadək nağd pul kreditini maksimum 60 ayadək ala
bilərlər. Nağd pul kreditinin illik faiz dərəcəsi 15%-dən başlayır,
nağdlaşma komissiyası isə 0% təşkil edir. Kredit üçün https://www.kapitalbank.az
saytına, Birbank rəqəmsal bankına, 8196 qısa nömrəsinə 1 yazıb
göndərməklə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət etmək kifayətdir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/krdt,
BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.