Formula 1 Qran Prisi Azərbaycanda hansı telekanal vasitəsilə yayımlanacaq? – AÇIQLAMA

Hazırda yarışın yerli televiziyada yayımı ilə bağlı müzakirələr
aparılır. Nəticə ilə bağlı açıqlama veriləcək.

Bunu AzerTimes-a müsahinəsində Formula 1 Azərbaycan Qran Prisinin
mətbuat katibi Turab Teymurov deyib.

“Bununla yanaşı, azarkeşlər digər Formula 1 yarışları ilə
yanaşı, Azərbaycan Qran Prisini də dünyanın bir sıra qabaqcıl idman
televiziya kanalları vasitəsilə izləyə biləcəklər. Qeyd edək ki,
Formula 1 Azərbaycan Qran Prisininin qlobal tamaşaçı auditoriyası
1.5 milyarda yaxındır. Maraqlı faktı diqqətinizə çatdıraq. Son iki
mövsümdə Azərbaycan Qran Prisi Monako Qran Prisini keçərək ABŞ-da
izlənilən ən popular yarış olub, – deyə T.Teymurov əlavə edib.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi 10-12 iyun
tarixlərində baş tutacaq.

Teqlər: