Xəbər verdiyimiz kimi, Kapital Bank nağd pul krediti götürən
müştərilər üçün ənənəvi “Kreditini biz ödəyək” adlı stimullaşdırıcı
lotereya keçirib. Şərtlərə görə 4 aprel – 8 may 2022-ci il
tarixləri arasında onlayn kanallar vasitəsilə kredit götürən
müştərilər avtomatik olaraq lotereyada iştirak edib, qalib ola
bilərdilər.
12 may tarixində lotereyanın son tirajı keçirildi və 3
müştərinin krediti tam olaraq bağlandı. Qaliblərin siyahısı sayta
əlavə olunub – https://bit.ly/3L89rI4.
Xatırladaq ki, 14 aprel, 21 aprel, 28 aprel və 5 may 2022-ci il
tarixlərində keçirilən tirajlar zamanı hər həftə üzrə 10 müştərinin
maksimum 500 AZN olmaqla aylıq kredit ödənişi bank tərəfindən
ödənilib. 12 may 2022-ci il tarixində keçirilən son tirajda isə
ümumilikdə lotereyada iştirak hüququ qazanan, hətta əvvəlki
tirajlarda qalib olan 3 müştərinin maksimum 10 000 AZN olmaqla
bütün kredit məbləği Kapital Bank tərəfindən ödənildi.
Qeyd edək ki, əməkhaqqını Kapital Bank və ya digər banklardan
alanlar 30 000 manatadək nağd pul kreditini maksimum 60 ayadək ala
bilərlər. Nağd pul kreditinin illik faiz dərəcəsi 15%-dən başlayır,
nağdlaşma komissiyası isə 0% təşkil edir. Kredit üçün https://www.kapitalbank.az
saytına, Birbank rəqəmsal bankına, 8196 qısa nömrəsinə 1 yazıb
göndərməklə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət etmək kifayətdir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/krdt,
BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.