Kapital Bank müştərilərin kreditini ödəyəcək

Kapital Bank nağd pul krediti götürən müştərilər üçün ənənəvi
“Kreditini biz ödəyək” adlı stimullaşdırıcı lotereya keçirir.
Şərtlərə görə 4 aprel – 8 may 2022-ci il tarixləri arasında onlayn
kanallar vasitəsilə kredit götürən müştərilər avtomatik olaraq
lotereyada iştirak edib, qalib ola bilərlər.

14 aprel, 21 aprel, 28 aprel və 5 may 2022-ci il tarixlərində
keçirilən tirajlar zamanı hər həftə üzrə 10 müştərinin maksimum 500
AZN olmaqla aylıq kredit ödənişi bank tərəfindən ödəniləcək. 12 may
2022-ci il tarixində keçiriləcək son tirajda isə ümumilikdə
lotereyada iştirak hüququ qazanan, hətta əvvəlki tirajlarda qalib
olan 3 müştərinin maksimum 10 000 AZN olmaqla bütün kredit məbləği
Kapital Bank tərəfindən ödəniləcək.

Qeyd edək ki, əməkhaqqını Kapital Bank və ya digər banklardan
alanlar 30 000 manatadək nağd pul kreditini maksimum 60 ayadək ala
bilərlər. Nağd pul kreditinin illik faiz dərəcəsi 15%-dən başlayır,
nağdlaşma komissiyası isə 0% təşkil edir.

Kredit üçün https://www.kapitalbank.az saytına, Birbank rəqəmsal
bankına, 8196 qısa nömrəsinə 1 yazıb göndərməklə və ya Bankın
müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək
kifayətdir. Kredit şərtləri və lotereya barədə ətraflı məlumat üçün
– https://bit.ly/3Ka30. Lotoreyada iştirakınızı yoxlamaq üçün –
https://bit.ly/3j5W1.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün –
https://kbl.az/tkstcrd.

Teqlər: