Kapital Bank fiziki şəxslər üçün müqavilələrin məsafədən
imzalamaq imkanını təqdim edir. Xidmət çərçivəsində fiziki
şəxslərin zaminlik müqavilələri və hüquqi şəxslərin təsisçiləri
fiziki şəxs olduqda təsisçi qərarları, həmçinin fərdi sahibkarların
kredit, qarantiya, akkreditiv və s. kimi öhdəlik müqavilələri,
zaminlik və girov müqavilələri üz tanıma sistemi vasitəsilə banka
gəlmədən və əlavə tətbiqdən istifadə etmədən imzalana bilər.
Bu zaman vaxta qənaət olunur, sənədlərin kağız daşıyıcılarda
olması zərurəti aradan qalxır, həmçinin bank tərəfindən müqavilənin
əlavə təsdiq edilməsi tələb edilmir. İndiyədək digər imza
üsullarında mütləq müqavilələr bank tərəfdən təsdiq edilməli,
müştəri əlavə olaraq hər hansı bir digər tətbiqdən istifadə etməli,
fiziki imza zamanı müqavilələr kağız daşıyıcıda olmalı və müştəri
banka fiziki olaraq yaxınlaşma idi. Lakin yeni xidmət vasitəsilə
bütün bu qeyd edilən prosedurlara ehtiyac qalmır. Yeni xidmətdən
smartfon vasitəsilə də yararlanmaq mümkündür.
Artıq müştərilər bankın filialına yaxınlaşmadan, hətta ölkə
xaricində olsalar belə, ASAN imzaya qoşulmadan, bank tərəfindən
müqavilənin təsdiq etməsini gözləmədən müqaviləni imzalayacaqlar və
bununla da imzalanan sənəd qüvvəyə minmiş sayılacaq. Bunun üçün
müştərinin mobil nömrəsinə SMS ilə göndərilən linkə daxil olub,
əlavə edilən sənədi təsdiq etmək zəruridir.
Qeyd edək ki, Kapital Bank mütəmadi olaraq müştərilərə
göstərilən xidmətləri və təqdim edilən məhsulların şərtlərini
sadələşdirərək məsafədən həyata keçirilməsi üçün müxtəlif
yeniliklər təqdim edir. Bununla da müştərilər vaxta qənaət etməklə
prosesləri daha sürətli yerinə yetirə bilirlər.