Kapital Bank “Maliyyə lizinqi” məhsulunu təklif edir (FOTO)

Kapital Bank hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə
məşğul olanlara bizneslərini inkişaf etdirmək üçün yeni “Maliyyə
lizinqi” məhsulunu təqdim edir. Yeni məhsul vasitəsilə hüquqi
şəxslər və sahibkarlar kənd təsərrüfatı, tibbi, tikinti, sənaye
təyinatlı xüsusi texnikaların, nəqliyyat vasitələrinin və
avadanlıqların alınmasını həyata keçirə bilərlər.

Maksimal olaraq 5 il müddətinə verilən “Maliyyə lizinqi”
kreditdən daha sərfəli olmaqla aşağı illik faiz dərəcəsi ilə təklif
edilir. Müqavilənin vaxtı bitdikdən sonra isə lizinqlə alınan əmlak
sahibkara qalır.

Bu məhsulu əldə edərkən əlavə girov tələb edilmir, ödəniş
qrafiki isə müştərinin istəyinə uyğun tərtib edilir. Yeni məhsulu
həm Müştəri Bank vasitəsilə onlayn, həm da Kapital Bank-a müraciət
etməklə almaq olar. Həmçinin lizinqlə satış etmək istəyən şirkətlər
Kapital Bank-la əməkdaşlıq edə bilər.

Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Müştəri
Bank vasitəsilə lizinq və digər məhsullarla bağlı məlumatlarla
yanaşı, Banka gəlmədən bütün sifarişlərini yönləndirmək imkanı
vardır. Qeyd edək ki, bu məhsulu almaq istəyənlər qeyd edilən linkə
– https://kbl.az/cbpcr və ya Bankın müxtəlif sosial şəbəkələrdə
olan səhifələrinə müraciət edə bilərlər.

Teqlər: