Kapital Bank ev tikintisi üçün ipotekanı daha əlçatan etdi (FOTO)

Kapital Bank hər zaman ev sahibi olmaq arzusunda olanlar üçün
sərfəli şərtlərlə müxtəlif ipoteka kreditləri təklif edir. Belə ki,
öz torpaq sahələrində fərdi yaşayış evi tikmək istəyənlər artıq
daha uyğun və yenilənən şərtlərlə bu kredit məhsulundan yararlana
bilərlər.

Ölkə ərazisində yaşayış təyinatlı fərdi ev və ya bağ evi tikmək
istəyənlər artıq 20 ilədək müddətə, 250 000 manatadək və illik faiz
dərəcəsi 7%-dən başlayan şərtlərlə ipoteka krediti əldə edə
bilərlər.

Bu ipoteka kreditindən yararlanmaq üçün tikinti aparılacaq
torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin, yəni
çıxarışın olması və təminat olaraq istənilən şəxsə məxsus fərdi
yaşayış sahəsinin, mənzilin, bağ evinin və ya qeyri-yaşayış
sahəsinin təqdim edilməsi zəruridir.

Tikinti işləri həm fərdi olaraq, həm də Kapital Bank-la partnyor
olan tikinti şirkətləri vasitəsilə də aparıla bilər. Müştərilər
kredit üzrə müraciətlərini (+994 50) 999 81 96 WhatsApp nömrəsinə
ünvanlaya bilərlər. Ətraflı məlumat üçün – https://kbl.az/etipt.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/krdt,
BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Teqlər: