Bakıda qəzaya düşən polislərin adları məlum oldu

Bakıda polis əməkdaşlarının yol qəzasına düşməsi nəticəsində
xəsarət alanların adları məlum olub.

AzerTimes-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 2-si
polis əməkdaşı olmaqla xəsarət alan 4 nəfər xəstəxanaya
yerləşdirilib.

Hadisə nəticəsində Nəsimi rayon Polis İdarəsinin post-patrul
xidmətinin əməkdaşları, polis serjantı, 1994-cü il təvəllüdlü
Kamran İsmayılov döş qəfəsinin küt travması, polis serjantı,
1996-cı il təvəllüdlü Novruz Novruzov isə baş nayihəsinin sıyrılmış
yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

N. Novruzovun xəsarətləri yüngül olduğundan o ilkin tibbi
yardımdan sonra ambulator müalicəyə buraxılıb, K. İsmayılov isə
cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində “Mercedes”markalı avtomobildə olan sürücü,
1996-cı il təvəllüdlü Məhəmməd Babazadə, döş qəfəsinin küt
travması, sərnişin, 2003-cü il təvəllüdlü İlahə Ambasova isə
qarının küt travması və bədənin ümumi əzilməsi diaqnozu ilə
mərkəzin cərrahiyyə şöbəsinə yerləşdirilib.

Teqlər: