Kapital Bank-da Müstəqillik Günü qeyd edildi (FOTO)

Kapital Bank-ın menecment komandasının iştirakı ilə ənənəvi
komanda quruculuğu tədbiri keçirilib. Bir qayda olaraq hər il
keçirilən bu tədbir adətən payız aylarına təsadüf etsə də, bu dəfə
“BİRliyimiz Qələbəmizdir!” şüarı altında təşkil edilən görüş
əvvəlki tədbirlərdən fərqli olaraq məhz Müstəqillik Gününə həsr
olunub və unudulmaz anlarla yadda qalıb. Tədbir iştirakçıları
arasında Kapital Bank-ın İdarə Heyətinin sədri başda olmaqla, idarə
heyətinin üzvləri, orta və üst menecmentin nümayəndələri yer
alıb.

Festival formatında təşkil olunan tədbir 2 hissədən ibarət olub.
Tədbirin birinci hissəsinə ölkəmizin səfalı guşələrindən biri olan
Quba rayonunun dağlıq və yaşıllıq ərazisində milli ornamentlərlə
bəzədilmiş məkanda start verilib. Tədbirin bu hissəsi milli ruhda
hazırlanan stendlərlə yadda qalıb. Stendlərdə müxtəlif milli
incəsənət və bədii yaradıcılıq nümunələri və yerli istehsal olunan
məhsullar nümayiş etdirilib. İştirakçılar vətənimizin ləziz
təamlarından dadaraq milli musiqi ansamblının ifalarını
dinləyiblər.

Tədbirin ikinci hissəsi qala tipli şam yeməyi formatında təşkil
olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən
sonra İdarə Heyətinin sədri Rövşən Allahverdiyev açılış nitqi ilə
çıxış edib. O, öz nitqində müstəqilliyimizin keçmiş tarixi və yeni
tarixə qızıl hərflərlə həkk olunan şanlı qələbəmiz barədə danışıb,
habelə Kapital Bank-ın ölkənin maliyyə sektoruna verdiyi xüsusi
töhfəni və sektordakı əvəzsiz rolunu vurğulayıb. Sədr, eyni
zamanda, bankın son illərdə qət etdiyi əhəmiyyətli uğur yolu barədə
söz açıb və rəhbər vəzifələrə yeni təyin olunan gənc liderlərə
peşəkar karyeralarında müvəffəqiyyət arzulayıb. Açılış nitqinin
ardınca Bankın əməkdaşları şəhidlərimizin əziz xatirəsini 1
dəqiqəlik sükutla yad ediblər. Tədbir vətənpərvərlik ruhunda
səsləndirilən musiqilərin yer aldığı konsert proqramı ilə davam
edib və əsrarəngiz atəşfəşanlıqla yekunlaşıb.

Qeyd etmək lazımdır ki, bu kimi tədbirlərin keçirilməsi
korporativ və milli mədəniyyətin aşılanmasına, əməkdaşlar
arasındakı əlaqələrin yaxşılaşdırılmasına və komanda ruhunun
inkişafına müsbət təsir göstərir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/krdt,
BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Teqlər: