Kansler “putinşünas”larla görüşür, Putini öyrənir

Kansler “putinşünas”larla görüşür, Putini öyrənir

Almaniya kansleri Olaf Şolts Rusiya lideri haqqında kitablar və onun öz məqalələrini oxuyaraq Vladimir Putinin təfəkkürünün mahiyyətini və məntiqini öyrənir.

AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın “Şpigel” qəzeti məlumat yayıb.

Materialda Avropa yazıçılarının Putinin xarici və daxili siyasəti ilə bağlı əsərləri, həmçinin prezidentin özünün 2021-ci ilin iyulunda yazdığı “Ruslar və ukraynalıların tarixi birliyi haqqında” məqaləsi xatırladılıb:

“Kansler Putinin kimə qulaq asdığını, hansı ədəbiyyatın Kreml rəhbərinə təsir etdiyini, onun siyasətinin hansı nəzəri konsepsiyaya əsaslandığını öyrənməyə çalışır”.

Nəşrin yazdığına görə, Rusiya prezidentini daha yaxşı başa düşmək üçün Şolts hətta bolqar politoloq və “Putin üzrə ekspert” ilə görüşüb, həmçinin Angela Merkellə məsləhətləşib.

Teqlər: