Kanadada təyyarə qəzası: hərbçilər yardıma getdi

Kanadada təyyarə qəzası: hərbçilər yardıma getdi

Kanadanın Nyufaunlend əyalətində mülki kiçikhəcmli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər xəsarət alıb.

AzerTimes xəbər verir ki, bu barədə CBC məlumat yayıb.

Təyyarənin Kanadanın hərbi bazasının yaxınlığında, “Happy Valley-Goose Bay” aeroportundan 5 km uzaqlıqda yerə çırpıldığı bildirilib.

Hərbçilər qəzada ciddi xəsarət alan pilot və sərnişinə göyərtədən çıxmağa yardım ediblər.

Teqlər: