Kanadada əsgər çatışmır – qaçqınlar orduya cəlb edilir

Kanadada əsgər çatışmır – qaçqınlar orduya cəlb edilir

Kanadanın Milli Müdafiə Nazirliyi hələ vətəndaşlıq almayan, amma ölkədə daimi yaşayan qaçqınları hərbi xidmətə cəlb etmək qərarına gəlib.

AzerTimes xəbər verir ki, bu barədə Kanadanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkə ordusunda hələ də dəniz, hava və quru qoşunları üçün ən az 8 min əsgər çatışmazlığı var.

Bildirilib ki, orduya qoşulan qaçqınların vətəndaşlıq almasına da kömək ediləcək.

Teqlər: