Kanadada 6,5 bal gücündə zəlzələ baş verib

Kanadanın Kitimat şəhərindən təxminən 164 km cənub-şərqdə 6,5 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların ocağı təxminən 15 km dərinlikdə yerləşib.

Hazırda təbii fəlakət nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.