Kanadanın Kitimat şəhərindən təxminən 164 km cənub-şərqdə 6,5 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.
Məlumata əsasən, yeraltı təkanların ocağı təxminən 15 km dərinlikdə yerləşib.
Hazırda təbii fəlakət nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.