Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Yaxın günlərdə Kanada hakimiyyəti Ukraynadakı vəziyyətlə
əlaqədar Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq
edəcək.

AzerTimes-ın məlumatına görə, bunu Kanadanın xarici işlər naziri
Melani Joli Brüsseldə jurnalistlərə açıqlamasında deyib.

“Dünən (5 aprel – red.) Kanada (Rusiyaya – red.) yeni
sanksiyalar tətbiq etdi. Yaxın günlərdə daha çox sanksiyalar tətbiq
edəcəyik”, – deyə nazir bildirib.