Kanada Çin telekommunikasiya şirkətləri “Huawei” və “ZTE”-nin
məhsul və xidmətlərinin ölkədə istifadəsini qadağan edib.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin İnnovasiya, Elm
və Sənaye naziri Fransua-Filip Şampan bildirib.
“Kanada Hökuməti telekommunikasiya infrastrukturumuzun
uzunmüddətli təhlükəsizliyini təmin edir. Bu planın bir hissəsi
olaraq hökumət Huawei və ZTE məhsul və xidmətlərinin ölkənin
telekommunikasiya sistemlərinə daxil edilməsini qadağan edir”, –
nazirin bəyanatdına vurğulanır.
Qeyd olunur ki, Kanada hakimiyyətinin ölkədə Çin məhsullarının
istifadəsini qadağan etmək qərarı müstəqil təhlükəsizlik
agentlikləri tərəfindən hərtərəfli araşdırmadan və Kanadanın ən
yaxın müttəfiqləri ilə məsləhətləşmələrdən sonra qəbul edilib.