Kanada da əxlaq polisinə sanksiya tətbiq edir

Kanada da əxlaq polisinə sanksiya tətbiq edir

İranda təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı zorakılığı səbəbindən Kanada onlarla iranlı şəxsə və quruma, o cümlədən əxlaq polisinə sanksiya tətbiq edəcək.

AzerTimes xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo deyib.

“Bütün kanadalılar dünyada milyonlarla insanla birlikdə İslam Respublikası hökumətindən öz xalqını dinləməsini, onların azadlıq və hüquqlarının boğulmasına son qoymasını, qadınlara və bütün İran xalqına azad şəkildə həyatını davam etdirməyə, sülh və əmin-amanlıq içində fikrini bildirməyə icazə verməsini tələb edirlər”, – Trüdo bildirib.

Teqlər: