Kadırov növbəti hərbi qruplaşmanı Donbasa göndərdi

Kadırov növbəti hərbi qruplaşmanı Donbasa göndərdi

Cənub-Axmat batalyonunun şəxsi heyətinin bir hissəsi Çeçenistandan Donbasdakı “xüsusi əməliyyat” zonasına yola düşüblər.

AzerTimes xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov deyib.

“Musa İblayevin rəhbərliyi altında Qroznı hava limanından Cənub-Axmat batalyonunun şəxsi heyətinin ikinci hissəsi Donbasa yollanıb. Bundan başqa Qudermesdəki Rusiya Xüsusi təyinatlılar Universitetində döyüş təlimləri keçən bir qrup könüllü də onlarla birlikdə gedib”, – Kadırov bildirib.

Teqlər: