Kanada və ABŞ pandemiya səbəbindən sərhədləri ən azı martına 21-nə qədər açmamağa razılaşıblar.
AzerTimes-ın məlumatına görə, bu barədə Kanadanın ictimai təhlükəsizlik və fövqəladə hallarana hazırlığın təşkili üzrə naziri Uilyam Bler bildirib.
Nazir qeyd edib ki, ABŞ-a məcburi olmayan səyahət məhdudiyyətləri 21 mart 2021-ci ilə qədər uzadılıb.
U.Bler bunun davam edən pandemiya səbəbindən iki ölkə sakinlərinin təhlükəsizliyi üçün lazım olduğunu bildirib.