Kamran Əliyev iranlı həmkarı ilə Səfərlinin işini müzakirə etdi

Kamran Əliyev iranlı həmkarı ilə Səfərlinin işini müzakirə etdi

Azərbaycanın Baş prokuroru Kamran Əliyev İran İslam Respublikasının Baş prokuroru Mohammad Kazem Movahedi-Azadla Fərid Səfərlinin barəsində cinayət işini müzakirə edib.

AzerTimes xəbər verir ki, baş prokurorlar arasında keçirilən görüşdə iki ölkə arasında hüquqi əməkdaşlıq, o cümlədən ekstradisiya, məhkumların verilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi, ekoloji hüquqpozmalar və digər maraq kəsb edən mövzular müzakirə edilərək bu sahədə məlumat mübadiləsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə İran İslam Respublikasının Baş prokuroru Mohammad Kazem Movahedi-Azad ölkəmizə işgüzar səfərə gəlib.

Teqlər: