Kamran Əliyev İrana getdi

Kamran Əliyev İrana getdi

İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazerinin dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehran şəhərinə işgüzar səfərə gedib.

AzerTimes xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Səfər zamanı İran İslam Respublikasının Baş prokuroru, hüquq mühafizə orqanlarının və məhkəmə hakimiyyətinin rəhbər vəzifəli şəxsləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Teqlər: