Kamerunda bayram zamanı partlayış: ölənlər var

Kamerunda bayram zamanı partlayış: ölənlər var

Kamerunun şimal-qərbində Nkambe şəhərində Milli Gənclər Gününün qeyd edilməsi zamanı partlayış baş verib.

AzerTimes xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Polisin məlumatına görə, partlayış nəticəsində ölənlərin əksəriyyətini məktəblilər təşkil edir.

Qeyd edək ki, Kamerunda müstəqil dövlət yaratmaq istəyən separatçı qüvvələr fəaliyyət göstərir.

Teqlər: