Kamerun Braziliyanı məğlub etdi

Kamerun Braziliyanı məğlub etdi

Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında G qrupunu ilk pillədə tamamlayıb.

AzerTimes xəbər verir ki, son turda Cənubi Amerika təmsilçisi Kameruna 1-0 məğlub olsa da, 1/8 finala qrup lideri kimi adlayıb.

Braziliya və İsveçrə 6 xalla ilk iki pilləni bölüşüblər. Kamerun 4 xalla üçüncü, Serbiya isə 1 xalla sonuncu olub.

Braziliya növbəti mərhələdə Cənubi Koreya ilə, İsveçrə isə Portuqaliya ilə görüşəcək.

Teqlər: