Kamçatkada 4,6 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin yerli şöbəsinin saytında bildirilib.
“Zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 124 kilometr məsafədə, ocağı 24 kilometr dərinlikdə yerləşib”, – məlumatda deyilir.
İtki və dağıntı olmayıb. Yaşayış məntəqələrinin sakinləri yeraltı təkanları hiss etməyiblər.