Kamçatka sahillərində 4,3 ba lgücündə zəlzələ olub

Kamçatka sahillərində 4,3 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə “İnterfaks”a Rusiya Fövqəladə
Hallar Nazirliyinin baş idarəsindən bildiriblər.

“Zəlzələnin episentri Ust-Kamçatsk qəsəbəsindən 194 kilometr
cənub-şərqdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib”, – deyə
bildirilib.

FHN-nin məlumatına əsasən, yaşayış məntəqələrinin sakinləri
yeraltı təkanları hiss etməyiblər.