Kamboca Yaponiya ilə birgə Azərbaycana minatəmizləmə işində dəstək göstərmək niyyətindədir

Kamboca Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə dəstək
göstərmək niyyətindədir.

AzerTimes-ın məlumatına görə, bunu Humanitar Mina Fəaliyyəti və
Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfrans zamanı
jurnalistlərə açıqlamasında Kamboca Milli Minatəmizləmə
Agentliyinin direktoru Somaci Krak deyib.

O qeyd edib ki, Kamboca Milli Minatəmizləmə Agentliyi
Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə Azərbaycanda
minatəmizləmə işində Azərbaycana yardım etməyi nəzərdə
tuturlar.

“Əldə etdiyimiz təcrübənin mübadiləsinə böyük önəm veririk. Hesa
edirəm ki, bu, Azərbaycan üçün faydalı ola bilər”, – deyə o
bildirib.

Teqlər: