“Kamaz”la “Niva” toqquşdu: ölən var

“Kamaz”la “Niva” toqquşdu: ölən var

Daşkəsən rayon Polis Şöbəsinə Daşkəsən-Gəncə yolunun 18-ci kilometrliyində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

AzerTimes xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, dərhal RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib, çətin hava şəraitində nəqliyyatın hərəkətini bərpa ediblər.

Araşdırmalar zamanı məlum olub ki, “Kamaz” markalı avtomobil ilə “Niva” markalı yük avtomobili toqquşmuş nəticədə minik avtomobilinin sürücüsü 1964-cü il təvəllüdlü Xanlar Tağıyev dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: