“KamAZ” piyadanı vuraraq öldürdü

“KamAZ” piyadanı vuraraq öldürdü

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib. “KamAz” markalı yük maşını tərəfindən vurulan piyada ölüb.

AzerTimes xəbər verir ki, hadisə İmişli şəhər Ə.M.Həmidov küçəsində baş verib.

Eyvaz Ataşov idarə etdiyi “KamAz” markalı yük maşını ilə hərəkətdə olarkən İmişli rayonu Otuziki kənd sakini 1953-cü il təvəllüdlü Nazim Xəmməd oğlu Əhədovu vurub. Ağır xəsarətlər alan piyada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: