Kaliforniyada çəkiliş meydançasında partlayış olub, yaralananlar var

ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında (Kaliforniya ştatı) yerləşən çəkiliş meydançasında partlayış baş verib.

AzerTimes-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Onlar xəsatəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti ağır qiymətləndirilir.

Bildirilir ki, partlayışdan sonra hadisə yerində yanğın başlayıb və qısa zamanda söndürülüb.

Partlayışın səbəbi barədə məlumat verilmir.