Kaliforniyada atışma baş verib, 8 nəfər ölüb

ABŞ-ın San-Xose şəhərində (Kaliforniya ştatı) atışma baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “Los Angeles Times” qəzeti xəbər yayıb.

Məlumata əsasən, atışma nəticəsində 8 nəfər həlak olub.

Daha əvvəl şəhərin meri Sem Likkardo atəş açan şəxsin zərərsizləşdirildiyini və insident nəticəsində bir neçə nəfərin xəsarət aldığını bildrmişdi.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.