ABŞ-ın Kaliforniya ştatında 5,9 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Marklivill yaşayış məntəqəsindən 32 kilometr cənub-şərqdə, ocağı isə 9,8 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.