Floridada yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 64-ə çatıb

ABŞ-ın Florida ştatında yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə mətbuat konfransı zamanı Mamayi-Deyd dairəsinin rəhbəri Daniela-Livayn Kava deyib.

Onun sözlərinə görə, bu gün dağıntılar altından daha 4 nəfərin meyiti tapılıb və ölənlərin ümumi sayı 64 nəfərə çatıb: “Daha 4 nəfərin meyiti tapılıb. Ümumilikdə 64 nəfərin ölümü təsdiqlənib”.

Dairənin rəhbəri əlavə edib ki, 76 nəfərin taleyi hələki məlum deyil.