Kafe və restoranlarda əlavə alınan xidmət haqqı nə qədər qanunidir? – AÇIQLAMA

Son zamanlar ölkəmizdə fəaliyyət göstərən kafe və restoranlarda
“xidmət haqqı” adı altında əlavə ödəniş tələb olunur. Belə ki,
yekun hesabın üzərinə ümumi məbləğin 5-10 faizi də əlavə
edilir.

Məsələ ilə bağlı AzerTimes-ın sualını cavablandıran Azad
İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə,
istehlakçılardan servis xidmətinə görə ödəniş tələb edilməsinin
qanuni bir əsası yoxdur.

Ekspert deyib ki, bir çox kafe-restoranlar əvvəlcədən bu barədə
müştəriyə heç bir məlumat vermir. Bu pullar vergidən yayındırılır: “Dünyanın bütün ölkələrində istehlakçılara yaxşı xidmət
göstərildiyində istehlakçılar özləri əlavə ödəniş edirlər. Müştəri
istəsə, xidmətdən razı olduğundan özü ofisianta əlavə ödəniş edə
bilər.

Bir məsələni də qeyd edim ki, “xidmət haqqı” tələb etmək qanunla
qadağan deyil. Bununla yanaşı, istehlakçı xidmətə görə ödəniş
etmirsə, buna görə də heç bir inzibati məsuliyyət daşımır”, – deyə
ekspert bildirib.

Teqlər: