Kadırovun yaxın adamı Tiflisdədir – Meliya

Kadırovun yaxın adamı Tiflisdədir – Meliya

Ramzan Kadırovun yaxın adamı ailəsi ilə birgə Tiflisdədir və o, onlarla sanksiyaya məruz qalan şəxslərlə işbirliyi edir.

AzerTimes xəbər verir ki, belə bir iddia ilə Vahid Milli Hərakat Partiyasının lideri Nika Meliya açıqlama verib.

Onun sözlərinə görə, rusiyalı oliqarxın ailə üzvlərinin bu gün Tiflisdə yaşamasına hökumət aydınlıq gətirməlidir:

“Bir neçə gün əvvəl Tiflisdə Rusiya vətəndaşlarının gürcüləri təhqir etdiyi video görüntülərə rast gəldik. Bu şəxs hökumətin problemsiz və nəzarətsiz icazə verdiyi Putinin ətrafının, yəni Aleksandr Kopolkovun oğlu Pavel Kopolkov olduğu məlum oldu. O, polis tərəfindən cəmi bir neçə saat saxlanılıb, daha sonra isə azad edilib. Pavel Kopolkovun oliqarx atası birbaşa Rusiya hərbi sənayesi ilə bağlıdır. Suriya, Krımda və indi də Ukraynada müharibədə Rusiyanın hərbi maliyyələşdirməsi ilə bağlıdır. Onun ailəsi Rusiya ordusu ilə bağlanmış müqavilələrə görə böyük sərvətə malikdir və bu ailə Tiflisdə yaşayır. Dövlət Təhlükəsizliyi Xidməti bu gün belə işləyir, real təhlükəyə göz yumur və Ukraynadakı terrorun sponsorlarına Gürcüstanda və Tiflisdə yaşamağa icazə verir. Mən hakimiyyəti oliqarxın ailə üzvləri ilə bağlı tez izahat bəyanatı verməyə çağırıram, onların mövqeyi beynəlxalq ictimaiyyətə məlum olsa da, onlar izahatdan kənar qala bilməzlər. Onlar gürcü cəmiyyətinə, Ukrayna cəmiyyətinə və beynəlxalq ictimaiyyətə bunun necə baş verdiyini izah etməlidirlər. Ümid edirəm ki, günün sonuna qədər hakimiyyət orqanları, xüsusən də Qomelauri (DTX rəhbəri) çıxıb bununla bağlı açıqlama verəcək”.

Teqlər: