Çeçenistan lideri Ramzan Kadırovun keçmiş müşaviri, “kölgə bankiri” kimi tanınan Petr Çuvilin Moskvada naməlum şəraitdə ölüb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, QK-1520 kompaniyasının sahiblərindən biri Dmitri Zaxarçenkonun rüşvət iddiaları, həmçinin Landromat vasitəsilə pulların yuyulması işində əsas şahidlərdən sayılan Çuvilinin ölümü xeyli şübhələr doğurub:
“Çuvilin Çeçenistan rəhbərliyinin, biznesmen Plaxotnyukun, DİN və FTX generallarının qeyri-qanuni vəsaitləri harada gizlədiyini bilirdi. Bəzilərini istintaqçılara deməyə fürsəti oldu, lakin xeyli sirləri özü ilə apardı”.