Kadırovun qızı təltif edildi

Kadırovun qızı təltif edildi

Çeçenistan rəhbəri Ramzan Kadırovun 19 yaşlı qızı Təbarik Kadırova “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı alıb.

AzerTimes xəbər verir ki, mükafatı Çeçenistan rəhbəri və hökuməti administrasiyası rəhbərinin birinci müavini və Təbarikin bacısı Xədicat Kadırova elan edib.

X.Kadırovanın sözlərinə görə, bacısı sahibkarlığın inkişafına və regionun investisiya cəlbediciliyinə töhfəsinə görə mükafatlandırılıb.

“Təbarikin işə innovativ yanaşması sayəsində Çeçenistanda kiçik və orta biznesin vəziyyəti yaxşılaşır”.

Qeyd edək ki, ötən il Ramzan Kadırovun 15 yaşlı oğlu Adam da bir sıra mükafatlara layiq görülüb.

Teqlər: