Çexiyanın Krabçitse qəsəbəsində Çeçenistan rəhbəri Ramzan Kadırova məxsus “Zazu” adlı ingilis ayğırı oğurlanıb.
AzerTimes xəbər verir ki, bu barədə “İdnes” nəşri məlumat yayıb.
“Ehtimal olunur ki, oğurluq martın 3-dən 4-nə keçən gecə baş verib. Hazırda gücləndirilmiş tədbirlərlə atı və oğrunu axtarırıq”, – polisdən məlumat verilib.
Nəşr bildirib ki, ayğır digər atlarla birlikdə Kadırovun sanksiyalar nəticəsində dondurulmuş malları siyahısındadır.
18 min dollar qiymətində olan ayğır 2012-ci ildə alınıb.