Kadırovdan Putinin hərbi vəziyyət qərarına reaksiya

Kadırovdan Putinin hərbi vəziyyət qərarına reaksiya

Mən Rusiyanın dörd yeni regionunda hərbi vəziyyətlə bağlı qərarı tam dəstəkləyirəm.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Çeçenistan rəhbəri Ramzan Kadırov çıxış edib.

“Mən həmişə vurğulamışam ki, xalq referenduma gedib ki, biz onları “nasist”lərdən qoruyaq. İndi isə bir güllə Rusiyaya tərəf getsə də, nəinki qərar qəbul edən mərkəzləri vurmaq, onları yer üzündən silmək lazımdır ki, bu faşist-Bander xuntasından yaş yer qalmasın”, – Kadırov qeyd edib.

O bildirib ki, Rusiyanın təhlükəsizliyini təkcə federal mərkəz deyil, həm də regional hakimiyyət qurmalıdır.

Qeyd edək ki, Prezident Vladimir Putin bu gün müvəqqəti işğal edilmiş 4 vilayətdə hərbi vəziyyətin elan olunmasına dair sərəncam verib.

Teqlər: