Kadırovdan gözlənilməz: Priqojini təriflədi

Kadırovdan gözlənilməz: Priqojini təriflədi

Çeçenistan rəhbəri Ramzan Kadırov “Vaqner”in yaradıcısı Yevgeni Priqojini Rusiya ordusunun döyüşçülərini dəstəklədiyinə görə tərifləyib.

AzerTimes xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.

Kadırov Priqojinin Rusiya ordusunun döyüşçülərini Zaporojye istiqamətində uğurları münasibətilə təbrik etdiyi bəyanatını məmnunluqla oxuduğunu qeyd edib.

O vurğulayıb ki, Zaporojye istiqamətində 6 mindən çox çeçen döyüşçü var:

“Biz hamımız öz ambisiyalarımızı tərk etməli, Ali Baş Komandanımız Vladimir Putinin ətrafında birləşməli, ümumi məqsədlər üçün çalışmalıyıq və əsgərlərimizi hər cür dəstəkləməliyik”.

Teqlər: