Kadırovçuların oğurladığı telefonlar satışa çıxarıldı

Kadırovçuların oğurladığı telefonlar satışa çıxarıldı

Kadırovçuların Mariupol sakinlərinin əllərindən aldıqları telefonlar Çeçenistanda satışdadır.

AzerTimes xəbər verir ki, bu barədə “Qazeta.ua” oğurlanmış telefon sahiblərinin Teleqramda müraciətinə istinadən məlumat yayıb.

“Mən kadırovçuların ailəmizdən və qonşularımızdan 17 telefon götürdüyünə dair sübutun fotosunu yükləyə bilərəm. Öz telefonumu Qroznıdakı avadanlıq mağazasında lokatorla izlədim. Kadırovçular telefonlardan əlavə, silahla hədə-qorxu gələrək bizdən iki avtomobil götürüblər”, – zərərçəkən Teleqram kanalında bildirib.

Teqlər: