Bu müddət ərzində onun qətiyyətinə, peşəkarlığına, vətənpərvərliyinə heç vaxt şübhə etməmişəm. Mən tam əminəm ki, onun rəhbərliyi altında xüsusi əməliyyat uğurla başa çatacaq.
AzerTimes xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın Ukraynadakı qoşunlarına yeni təyin olunmuş komandanı Sergey Surovikini 56 yaşının tamam olması münasibəti ilə təbrik edərkən bildirib.
“Lazım gələrsə, NATO qoşunlarına güclü cavab verəcəyik, buna heç bir şübhəm yoxdur”, – Kadırov vurğulayıb.
O əlavə edib ki, Ukrayna xalqını pis ruhdan və Qərbin lənətlənmiş siyasətindən azad etmək lazımdır.
Qeyd edək ki, Surovikin İkinci Çeçenistan müharibəsində də iştirak edib. Kadırov onu 15 ildir tanıdığını bildirmişdi.